Sabah 17 dərəcə isti olacaq
Ölçü:


Sabah ölkə ərazisində gözlənilən hava şəraiti ilə bağlı məlumat açıqlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Koordinat.az-a verilən məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı gözlənilir. Gün ərzində yarımadanın bəzi yerlərində arabir çiskinli olacağı ehtimalı var. Şimal-şərq küləyi əsəcək. Havanın temperaturunun gecə 9-12° isti, gündüz 15-17° isti, Bakıda gecə 10-12° isti, gündüz 15-17° isti olacağı gözlənilir.

Azərbaycanın rayonlarında gözlənilən hava şəraiti gün ərzində arabir yağış yağacağı gözlənilir. Gecə və səhər bəzi yerlərdə duman olacaq. Şərq küləyi əsəcək. Havanın temperaturu gecə 6-11° isti, gündüz 15-18° isti, dağlarda gecə 2-7° isti, gündüz 8-13° isti olacağı gözlənilir.

Tibbi-meteoroloji proqnoz

Noyabrın 19-dək Abşeron yarımadasında mülayim hava şəraiti meteohəssas insanlar üçün əsasən əlverişlidir.
16.11.2017 12:56:00
Oxuma sayı: 309