Zabuxdakı 54 erməni ailəsinin əksəriyyəti Ermənistana köçür
Ölçü:

Laçın rayonunun Zabux kəndindəki qanunsuz erməni icmasının rəhbəri Andranik Çavuşyan “Hraparak” qəzetinə müsahibəsində hazırkı vəziyyətdən danışıb.

Koordinat.az
xəbər verir ki, Andranik Çavuşyan avqustun 25-dək ermənilərin boşaldacağı kənddə təxliyyə işlərilə məşğul olduqlarını söyləyib. "Sakinlər”in hələ ki kəndi tərk etmədiklərini deyən icma sədrinin sözlərinə görə, artıq məktəbi boşaltmaq üçün onlara maşın ayırıb: "Kənddən köçəcək hər adam üçün 40 min dram təzminat ödəniləcək. Həmin məbləğl sertifikat məsələsi həll olunana qədər icarə əsasında veriləcək. İrəvana köçənlərə şəhadətnamə verilməlidir ki, 10 milyon dram ekvivalentində pul xərcləsinlər”.

Kəndin 200-dən çox sakini - 54 ailə olduğunu deyən icma sədri onlardan neçəsinin Qarabağa, neçəsinin isə Ermənistana köçəcəyinə aydınlıq gətirib: “Həmin 54 ailədən yalnız 7-si “Artsax”da (Qarabağda-red.) qalacaq, qalanları müxtəlif istiqamətlərdə Ermənistana köçəcək, İrəvana, Sünikə və s”.

Qarabağda qalmaq istəyən həmin 7 ailənin harada yaşayacağına gəlincə A.Çuvaşyan “hələ bəlli deyil, sabah o işlərlə məşğul olacağıq, yəqin ki, tikilməkdə olan evlərin məsələsi həll olunana qədər müvəqqəti olaraq qonaq evlərində yaşayacaqlar” deyib.

A.Çuvaşyanın öz ailəsi isə Xankəndidə yaşamağa qərar verib. İcma sədri Zabuxu tərk edəcək ermənilərin indiyə kimi yaşadıqları evləri yandıracağına inanmır.
10.08.2022 17:36:00
Oxuma sayı: 1073