Bəzi ərzaq məhsulları ucuzlaşdı
Ölçü:



Cari ilin iyul ayında ötən aya nisbətən ayrı-ayrı ərzaq məhsullarından daha çox bahalaşma düyünün, qarabaşaq yarmasının, makaron məmulatlarının, kolbasa məmulatlarının, mal, qoyun və toyuq ətinin, qatılaşdırılmış şəkərli südün, xamanın, yumurtanın, bitki yağlarının, limonun, pomidorun, soğanın, sarımsağın, mərcinin, şəkər və şəkər tozunun, konfetlərin, qəhvənin, mineral suların, kola içkisinin, limonadın və pivənin qiymətlərində müşahidə edilib.

Dövlət Statistika Komitəsindən Koordinat.az-a verilən məlumata görə, həmin müddət ərzində təzə balığın, bananın, gavalının, əriyin, şaftalının, qarpızın, yemişin, xiyarın, kələmin, bibərin, badımcanın, göy lobyanın, kartofun, çuğundurun, yerkökünün qiymətləri isə ucuzlaşıb.

Digər ərzaq məhsullarının qiymətlərində ciddi dəyişikliklər baş verməyib.
10.08.2022 16:11:00
Oxuma sayı: 1987