Əflatun Amaşov: "Onlar jurnalistikaya cəmiyyəti məlumatlandırmaq üçün gəlməyiblər"
Ölçü:

“Mətbuat Şurası media ilə ictimaiyyət arasında münasibətləri tənzimləyən ictimai qurumdur. İndiyədək Şuraya vəzifəli şəxslər, vətəndaşlar tərəfindən 18 minə yaxın şikayət daxil olub”.

Koordinat.az
xəbər verir ki, bunu Azərbaycan Mətbuat Şurasının sədri Əflatun Amaşov “Media azadlığı və sosial şəbəkələrin güclənən təsiri şəraitində cəmiyyətin informasiya təhlükəsizliyinin təmin olunması” mövzusunda bu gün keçirilən konfransda deyib. Onun sözlərinə görə, şikayətlərin tam əksəriyyəti araşdırılıb: “Daxil olan şikayətlərin də 30-35 faizi reketçiliklə bağlıdır. Reketçiliklə bağlı məsələlər cinayət işidir. Azərbaycan mətbuatında reketçilik mövcud olub. Əvvəlki dövrlərə nisbətən indi reketlər daha peşəkarlaşıb. Qanunun sərt üzü üzə çıxmalıdır. Hər iki tərəf cəzalandırmalıdır. Onlar jurnalistikaya cəmiyyəti məlumatlandırmaq üçün gəlməyiblər. Təklif edirəm ki, reketçilik edənlərlə bağlı qanun sərtləşdirilsin”.

10.08.2022 11:10:00
Oxuma sayı: 2043