Ərdoğan İlham Əliyevlə “Qisas” əməliyyatını müzakirə edəcək
Ölçü:


Türkiyənin Konya şəhərində səfərdə olan Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan arasında təkbətək görüş keçiriləcək.

Koordinat.az
xəbər verir ki, bu barədə "Haber Global" məlumat yayıb. Prezidentlərin görüşündə Ermənistanın Qarabağda törətdiyi son təxribatlar, Azərbaycan Ordusunun buna cavab olaraq həyata keçirdiyi “Qisas” əməliyyatı barədə müzakirələrin aparılması gözlənilir.

Bundan əlavə, Türkiyə və Ermənistan arasında münasibətlərin normallaşdırılması üçün aparılan danışıqlardakı son durum, enerji təhlükəsizliyi və digər vacib məsələlərin müzakirə olunacağı bildirilir.

 

09.08.2022 18:21:00
Oxuma sayı: 1088