Erməni ordusunun bir neçə hərbçisi saxlanılıb
Ölçü:


Ermənistan ordusunun bir sıra hərbçiləri saxlanılıb.

Koordinat.az xəbər verir ki, bu barədə erməni mətbuatı məlumat yayıb. Məlumata görə, Müdafiə Nazirliyinin Hərbi Polisi əməkdaşlarının həyata keçirdikləri genişmiqyaslı əməliyyat tədbirləri nəticəsində nazirin əmrini pozaraq, smartfon tipli telefonlardan istifadə edən, hərbi xidmətin gündəlik həyatından fotoları internetə yerləşdirən bir sıra müddətli və müqaviləli hərbi qulluqçuları müəyyən edilərək saxlanılıblar.

Müdafiə Nazirliyindən verilən məlumata görə, hərbçilər məsuliyyətə cəlb ediliblər.

Nazirlik bildirib ki, qadağaya tabe olmayan hərbçilərin məsuliyyətə cəlb edilməsi istiqamətində tədbirlər davam etdiriləcək.


09.08.2022 14:46:00
Oxuma sayı: 1111