Son 20-30 ilin ən mülayim qışı
Ölçü:


Son dövrlərdə, təxminən son 20-30 il ərzində Azərbaycanda builki kimi mülayim qış keçməyib.

Koordinat.az
xəbər verir ki, bunu Milli Elmlər Akademiyasının (AMEA) Coğrafiya İnstitutunun direktor müavini, coğrafiya üzrə fəlsəfə doktoru Məhərrəm Həsənov deyib.

Builki qışın əvvəlki illərlə müqayisədə xeyli mülayim keçdiyini söyləyən M.Həsənov əlavə edib ki, bu hal ölkə ərazisində cənub və cənub-şərqdən gələn hava kütlələrinin üstünlük təşkil etməsi ilə izah oluna bilər. Bu tropik hava kütlələri Azərbaycana Ərəbistan yarımadası və Şimali Afrikadan daxil olub: "Belə hava kütlələri hər ilin qış aylarında Azərbaycana daxil olub. Lakin bu il daha çox daxil olub. Bunun səbəbini tam olmasa da, müəyyən qədər iqlim dəyişmələri ilə izah etmək olar".
02.03.2018 09:37:00
Oxuma sayı: 894