Narkoloji Mərkəzdə zəhərlənən 3 nəfər Kliniki Tibbi Mərkəzə gətirilib
Ölçü:


Respublika Narkoloji Mərkəzində baş vermiş yanğın zamanı zəhərlənmiş şəxslər  Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinə yerləşdirilib.

Koordinat.az xəbər verir ki, bu barədə Toksikologiya şöbəsindən bildirilib. Qeyd edilib ki, xəstələr 48 yaşlı Vüqar Kərimov, 35 yaşlı Kamal Nadirov və 35 yaşlı Rafiq Qafarovdur. Onlardan iki nəfərin vəziyyəti kafi olduğundan evə buraxılıb. Hazırda bir xəstənin müalicəsi davam etdirilir. Vəziyyəti kafidir.
02.03.2018 10:53:00
Oxuma sayı: 721