Fuad Qəhrəmanlı ilə Taleh Bağırovun şikayəti təmin olunmadı
Koordinat.az xəbər verir ki, bu gün Ali Məhkəmədə hakim Şahin Yusifovun sədrliyi iıə baş tutan prosesdə qərar elan edilib. Qərara görə, kasasiya şikayətləri təmin edilməyib.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Taleh Bağırov 20 il, Abbas Hüseynov 20 il, Fuad Qəhrəmanlı 10 il, Cabbar Cabbarov 19, Rasim Cəbrayılov 17, Şamil Abduləliyev, Zakir Mustafayev, Cahad Babakişizadə, Abbas Quliyev, İbrahim Xudaverdiyev, Etibar İsmayılov, Bəhruz Quliyev, Əli Nuriyev, Əlibala Vəliyev, Fərhad Balayev və Abbas Tağıyevin hər biri 14 il 6 ay, Ramin Yarıyev və Aqil Quliyevin hər biri 10 müddətinə azadlıqdan məhrum ediliblər.
Taleh Bağırov və Abbas Hüseynov cəzalarının 7 ilini qapalı rejimdə çəkəcəklər. Hökmdən narazı qalan təqsirləndirilən şəxslər apelyasiya şikayəti veriblər və barələrində bəraət hökmü çxıarılmasını istəyiblər. Bakı Apelyasiya Məhkəməsinin qərarı ilə Taleh Bağırov, Fuad Qəhrəmanlı və onlarla birlikdə ittiham olunan digər şəxslərin apelyasiya şikayətləri təmin edilməyib/Teleqraf.com.
01.03.2018 13:36:00
Oxuma sayı: 1368