Azərbaycan-Ermənistan delimitasiya komissiyaları yeni gündəliyi razılaşdırır
Ölçü:


Mayın 24-də Azərbaycanla Ermənistan arasında dövlət sərhədinin delimitasiyası üzrə dövlət komissiyalarının ilk görüşü konstruktiv şəkildə keçib.

Koordinat.az
xəbər verir ki, bunu TASS-a müsahibəsində Ermənistanın delimitasiya üzrə dövlət komissiyasının sədri, baş nazirin müavini Mher Qriqoryan deyib: “Bu görüşdə biz gələcək birgə işin müstəsna olaraq təşkilati məsələlərini müzakirə etdik və bu baxımdan görüşü kifayət qədər konstruktiv hesab edirəm. Delimitasiya və sərhəd təhlükəsizliyi məsələləri üzrə komissiyaların növbəti iclasının tarixi ilə bağlı hələlik razılaşma yoxdur, lakin görüşün Moskvada keçiriləcəyinə dair təsdiq var”.

O təsdiq edib ki, gələn həftə Moskvada Ermənistan, Rusiya və Azərbaycan baş nazir müavinlərinin birgə sədrliyi ilə regionda nəqliyyat və iqtisadi əlaqələrin bloklanması üzrə üçtərəfli işçi qrupun iclası keçiriləcək:  “Hazırda bu görüşün konkret tarixi razılaşdırılmaq mərhələsindədir və görüşün gündəliyinə Ermənistan, Rusiya və Azərbaycan liderlərinin 10 noyabr 2020-ci il tarixli və 11 yanvar 2021-ci il tarixli üçtərəfli bəyanatının 9-cu bəndində göstərilən razılaşmaların həyata keçirilməsi ilə bağlı məsələlər daxildir. Bu gündəliyin delimitasiya ilə heç bir əlaqəsi yoxdur”..
 
Mayın 23-də Ermənistanın baş naziri Nikol Paşinyan və Azərbaycan prezidenti İlham Əliyev sərhədlərin delimitasiyası və təhlükəsizliyi üzrə komissiyaların yaradılması haqqında sərəncam imzalayıblar.
27.05.2022 14:59:00
Oxuma sayı: 1181