Kolleclərin ixtisas seçiminə buraxılma ŞƏRTLƏRİ
Ölçü:


11 illik bazada kolleclərin ixtisas seçiminə qəbul (cari ilin məzunları buraxılış) imtahanında topladıqları ümumi balı 50-dən, Azərbaycan dili və ya rus dili və riyaziyyat fənlərinin hər biri üzrə balı 10-dan az olmayan abituriyentlər buraxılırlar (xarici dil fənni üzrə bal məhdudiyyəti tətbiq edilmir).

Koordinat.az
xəbər verir ki, bu barədə Dövlət İmtahan Mərkəzinin məlumatında bildirilib. Xüsusi qabiliyyət tələb edən ixtisasların müsabiqəsinə ümumi balı 40-dan az olmayan (fənlər üzrə bal məhdudiyyəti tətbiq edilmir) və müvafiq komissiya tərəfindən keçirilən qabiliyyət imtahanlarından “məqbul” alan abituriyentlər buraxılırlar.

“Xoreoqrafiya sənəti” və “Rəqs müəllimliyi” ixtisaslarının müsabiqəsində isə ümumi balı 30-dan (fənlər üzrə bal məhdudiyyəti tətbiq edilmir) az olmayan abituriyentlər iştirak edə bilərlər.

Xatırladaq ki, DİM aprelin 3-də əvvəlki illərin məzunları üçün qəbul imtahanının I mərhələsini, V ixtisas qrupu üzrə ali təhsil müəssisələrinə və 11 illik təhsil bazasında kolleclərə qəbul imtahanı keçirib.

İmtahanda 26 minədək gənc iştirak edib.
 

04.04.2022 12:34:00
Oxuma sayı: 12058