Zəlzələ Tərtərdə iki evi uçurub- ilkin məlumat
Ölçü:


Noyabrın 15-də saat 23:50 radələrində Mərkəzi Aran bölgəsində baş vermiş 6 bal gücündə zəlzələnin törətdiyi fəsadların müəyyənləşdirilməsi ilə bağlı araşdırmalar davam edir.

Koordinat.az xəbər verir ki, APA-nın yaydığı məlumata görə, zəlzələ nəticəsində Tərtərin İsmayılbəyli kəndində Qubadov Qəhrəmana və Elgiz İbrahimova məxsus ev uçub. Hadisə nəticəsində xəsarət alan olmayıb.

İlkin məlumata görə, Tərtər rayonunda ümumilikdə 8 evə ziyan dəyib.
16.11.2017 01:54:00
Oxuma sayı: 857