Valyuta ehtiyatları dövlət borcunu 7 dəfə üstələyir
Ölçü:


"2021-ci ildə Azərbaycanın xarici ticarət dövriyyəsi 35.6 milyard ABŞ dollarına çatıb".

Koordinat.az
xəbər verir ki, bu barədə Baş nazir Əli Əsədov parlamentin bugünkü iclasında deyib. Baş nazir bildirib ki, strateji valyuta ehtiyatları 53 milyard dolları keçərək xarici dövlət borcunu 7 dəfə üstələyib: "2021-ci ildə dövlət büdcəsinin gəlirləri 25.4 milyard manat proqnoza qarşı 26 396,3 mln manat təşkil edib".

Qeyd edək ki, bu gün parlamentin iclasında Nazirlər Kabinetinin 2021-ci ildə fəaliyyəti haqqında hesabatı müzakirə olunur.

15.03.2022 11:51:00
Oxuma sayı: 14044