Dövlət hesabına xaricdə təhsillə bağlı yeni proqram hazırlanıb
Ölçü:

“Azərbaycan gənclərinin nüfuzlu xarici ali təhsil müəssisələrində təhsil imkanlarının genişləndirilməsi haqqında” Prezident İlham Əliyevin 2021-ci il 30 sentyabr tarixli Sərəncamı üzrə “2022-2026-cı illər üçün gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair Dövlət Proqramı” layihəsi hazırlanıb”.

Koordinat.az
xəbər verir ki, bu barədə "Modern.az"a Təhsil Nazirliyindən bildirilib. Qeyd edilib ki, layihə aidiyyəti üzrə təqdim olunub.

Proqram layihəsi təsdiq edildikdən sonra müvafiq tədbirlər planına uyğun olaraq ictimaiyyətə təfərrüatlı məlumat veriləcək.

Nazirlikdən o da bildirilib ki, xaricdə təhsil proqramının 2022-2023-cü tədris ilindən etibarən tətbiq edilməsi gözlənilir.
21.02.2022 14:39:00
Oxuma sayı: 13214