Bərdə və Ağdam bölgəsi titrədi - 5 bal gücündə zəlzələ
Ölçü:


Azərbaycanım Mərkəzi Aran zonasında güclü zəlzələ olub.

Koordinat.az
xəbər verir ki, yeraltı təkanlar əsasən Bərdə və Ağdam rayonlarında hiss edilib. Bölgədən verilən məlumata görə, yeraltı titrəyiş 1 dəqiqəyə yaxın davam edib. Sakinlərin bildirdiyinə görə yeraltı təkanlar Bərdədə daha güclü olub. Bu bölgədə yeraltı titrəyişlərin 5 baldan güclü olduğu deyilir.

Hələ ki, Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzi zəlzələ ilə bağlı hər hansı məlumat açıqlamayıb.

15.11.2017 23:59:00
Oxuma sayı: 655