4 milyon pasiyent icbari tibbi sığortaya müraciət edib
Ölçü:


"19 mindən çox şəxsə özəl xəstəxanaların xidmətlərindən yararlanmaq üçün göndəriş verilib".

Koordinat.az xəbər verir ki, bunu İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin Marketinq və ictimaiyyətlə əlaqələr departamentinin rəhbəri Aynurə Əhmədova qurumun ötənilki fəaliyyətinə həsr olunan brifinqdə deyib. O, qeyd edib ki, ötən il ölkə üzrə 4 milyon pasiyent icbari tibbi sığortadan istifadə üçün müraciət edib: "Dövlət tibb müəssisələrində 127 539 cərrahi əməliyyat icra olunub. Ən çox əməliyyat Mərkəzi Neftçilər Xəstəxanasında t həyata keçirilib. Ambulator şəraitdə tibbi müayinələrlə bağlı 2 milyondan çox müraciət olub".
24.01.2022 12:31:00
Oxuma sayı: 13596