Pakistanın Baş naziri Putinin cavabını verdi
Ölçü:

Rusiya prezidenti Vladimir Putinlə Pakistanın Baş naziri İmran Xan arasında telefon danışığı olub.

Koordinat.az
xəbər verir ki, telefon danışığı zamanı tərəflər  əlaqələrinin müxtəlif sahələrdə inkşafı barədə məsələləri müzakirə edib.

İmran Xan Rusiya prezidentinin dekabrın 23-də illik mətbuat konfransında ifadə azadlığı bəhanəsi ilə bu və ya digər dini, milli və ya sosial qrupun ləyaqətini alçaltmaq kimi hər hansı hərəkətin yolverilməzliyi ilə bağlı bəyanatına Pakistan cəmiyyətində və bütövlükdə müsəlman dünyasında geniş dəstək verildiyini vurğulayıb.

Qeyd edək ki, Vladimir Putin illik mətbuat konfransında bildirib ki, Məhəmməd peyğəmbəri təhqir etmək yaradıcılıq azadlığı deyil.


17.01.2022 15:36:00
Oxuma sayı: 620