Ermənistan niyə məhz Kəlbəcər istiqamətində təxribatlar törədir? - ekspertin şərhi
Ölçü:


"Sərhəddə baş verən dünənki insident göstərdi ki, Soçi və Brüsseldəki razılaşmalar yerinə yetirilmir. Nə qədər ki, tərəflər arasında sülh sazişi imzalanmayıb, sərhəd müəyyənləşməyib və razılaşmaların əksinə olaraq kommunikasiya xətləri açılmayıb, sərhəddə gərginlik azalmayacaq”.

Koordinat.az xəbər verir ki, bunu Ermənistanın Kəlbəcər istiqamətində növbəti dəfə törətdiyi təxribatları şərh edən politoloq Elxan Şahinoğlu bildirib. Onun sözlərinə görə, Ermənistan hakimiyyətinin sərhəddə təxribatları artırmaqda başqa məqsədi də var:“Qazaxıstandakı hadisələrdən həvəslənərək Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatını oyuna cəlb etmək istəyirlər. Ermənistan təxribatlarla təşkilatın nəbzini yoxlayır, bundan sonra “bizə kömək edin” şəkilində müraciətləri istisna deyil. Ancaq bu nəbz yoxlaması baş nazir Nikol Paşinyana baha başa gələ bilər. Azərbaycan ordusu təxribata cavab olaraq Ermənistanın iki postunu dağıtdı və göstərdi ki, Ermənistanın dostlarının kimliyindən asılı olmayaraq bundan sonra da təxribatlarına artıqlamasıyla cavab veriləcək. Rusiya və Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı İrəvanın yalvarışlarına reaksiya verməyəcəksə, erməni cəmiyyəti və müxalifət baş nazir Nikol Paşinyandan soruşacaq: “Bəs Rusiya və KTMT bizə niyə dəstək vermir?””.
12.01.2022 11:59:00
Oxuma sayı: 5451