I ixtisas qrupunda imtahan verəcək abituriyentlər üçün yeni proqram hazırlanıb
Ölçü:


Dövlət İmtahan Mərkəzinin (DİM) yaratdığı işçi qrupu informatika fənni üzrə kurikulumun təlim nəticələrinin tələblərinə uyğun qəbul proqramı hazırlayıb.

Mərkəzdən Koordinat.az-a verilən məlumata görə, proqrama ümumtəhsil müəssisələrinin V-XI sinif dərsliklərində məzmun standartlarının reallaşdırılması üçün verilən mövzular daxil edilib.

2023-cü ildə informatika fənni üzrə imtahan vermək istəyən abituriyentlər bu proqram əsasında imtahana hazırlaşa bilərlər.
28.12.2021 15:12:00
Oxuma sayı: 3698