Koronavirusun “Omicron” ştammı sürətlə yayılır
Ölçü:


Dünyada koronavirusun yeni “Omicron” ştammı sürətlə yayılıb. Bir çox ölkələr yeni ştammın yayılmasının qarşısını almaq üçün bir sıra tədbirlər həyata keçirib.

Koordinat.az xəbər verir ki, Nazirlər Kabineti yanında Operativ Qərargah da toplanaraq, yeni ştammın yayılması ilə bağlı müzakirə aparıb. Qarşıdan gələn Yeni il şənlikləri zamanı xüsusi karantin rejiminin qaydalarına əməl edilməsinə nəzarətin gücləndirilməsinin məqsədəuyğun olduğu vurğulanıb. İclasda, habelə “Omicron” ştammı və ona qarşı profilaktik tədbirlər müzakirə olunub və müvafiq hazırlıq işlərinə dair tapşırıqlar verilib.

Bununla belə, ekspertlər bildirirlər ki, Azərbaycanda da koronavirusun “Omicron” ştammının qarşsını alacaq bəzi tədbirlər görülməlidir. Xüsusən də vətəndaşlara hələ ki, bu ştammın yayıldığı ölkələrə getməyi  dayandırmaq tövsiyə edilməlidir. Eyni zamanda virusun yeni ştammının əlamətləri haqqında maarifləndirmə işləri aparılmalıdır.
07.12.2021 11:48:00
Oxuma sayı: 15148