Daha 1703 nəfər koronavirusa yoluxdu
Ölçü:


Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 1703 yeni yoluxma faktı qeydə alınıb, 2180 nəfər müalicə olunaraq sağalıb.

Koordinat.az
xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahdan bildirilib. Rəsmi məlumata görə, son sutkada COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxan 24 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 593 588 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 560 999 nəfər müalicə olunaraq sağalıb, 7 929 nəfər vəfat edib, aktiv xəstə sayı 24660 nəfərdir.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 13 211, ötən müddət ərzində isə ümumilikdə 5 578 401 test aparılıb.

03.12.2021 17:45:00
Oxuma sayı: 1389