ATƏT-in baş katibi nazirlə üçtərəfli bəyanatları müzakirə etdi
Ölçü:


Xarici işlər naziri Ceyhun Bayramov dekabrın 3-də ATƏT-in Nazirlər Şurasının Stokholmda keçirilən 28-ci iclasında iştirakı çərçivəsində ATƏT-in baş katibi Helqa Şmid ilə görüşüb.

Nazirliyin Mətbuat xidməti idarəsindən Koordinat.az-a verilən məlumata görə, görüş zamanı tərəflər münaqişə sonrası bölgədə yaranan yeni vəziyyət, regionda baş verən ən son proseslər, üçtərəfli bəyanatların icrası istiqamətində atılan addımlar, habelə ATƏT-lə əməkdaşlıq məsələləri, azad edilmiş ərazilərdə bərpa, yenidənqurma və reinteqrasiya prosesləri barədə fikir mübadiləsi aparıblar.

Ceyhun Bayramov Azərbaycanın ATƏT-lə əməkdaşlığa önəm verdiyini qeyd edib. Həmsöhbətinə işğaldan azad olunmuş ərazilərdə Azərbaycan tərəfindən aparılan yenidənqurma işləri çərçivəsində, xüsusilə ekologiya və ətraf mühitin qorunması sahəsində görülən işlər barədə ətraflı məlumat verən nazir Ceyhun Bayramov, münaqişədən sonra bərpa və quruculuq  prosesinə yardım mandatı olan bir təşkilat kimi ATƏT ilə bu xüsusda əməkdaşlığa açıq olduğumuzu ifadə edib.

Tərəflər, həmçinin ikitərəfli əməkdaşlıq gündəliyinin müxtəlif aspektlərini müzakirə ediblər.
03.12.2021 17:15:00
Oxuma sayı: 5402