ABŞ səfiri: "Seçkilərin ədalətli keçirilməsi vacibdir"
Ölçü:


"ABŞ-ın Azərbaycanla bağlı siyasəti güclü, çiçəklənən, müstəqil dövlət olmaqda Azərbaycana kömək etməkdir".

Koordinat.az xəbər verir ki, bunu ABŞ-ın Azərbaycandakı səfiri Robert Sekuta deyib.
Səfir bildirib ki, ABŞ-ın Azərbaycanla ümumi fəaliyyəti iqtisadiyyat, təhlükəsizlik, qanunun aliliyi, insan haqları və demokratiya sahələrini əhatə edir. Diplomat qeyd edib ki, ABŞ ötən əsrin 90-cı illərinin əvvəlindən Azərbaycanda məcburi köçkünlərə 125 milyon dollardan artıq maddi yardım göstərib .

Azərbaycanda aprelin 11-də keçiriləcək prezident seçkilərinə toxunan səfir vurğulayıb ki, ABŞ üçün vətəndaşların seçkidə azad iştirakı, seçkilərin ədalətli keçirilməsi vacibdir.
23.02.2018 14:19:00
Oxuma sayı: 667