Vətən müharibəsinin 2 iştirakçısı amnistiyaya düşüb
Ölçü:


Ədliyyə Nazirliyinin Probasiya Xidməti tərəfindən 5 noyabr tarixindən 3 dekabr tarixinə qədər azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəzalara məhkum edilmiş 1307 nəfərə amnitsiya aktı tətbiq edilib.

Koordinat.az
xəbər verir ki, bunu Ədliyyə Nazirliyinin Probasiya Xidmətinin rəisi Aqşin Ziyadov bildirib. O deyib ki, qərarın icrası çərçivəsində yerli probasiya qurumlarının qərarları ilə 1158, məhkəməyə verilən 1414 təqdimat əsasında bu günə qədər 149 məhkum haqqında amnitsiya aktı tətbiq edilib: “Onlardan 161 nəfər qadın, 1 nəfər yetkinlik yaşına çatmayan, 84 nəfər 60 yaşına çatmış, 2 nəfər Vətən müharibəsində iştirak edən məhkumlardır. Amnitsiya tətbiq olunmuş şəxslərdən 870 nəfər islah işləri, 260 nəfər cərimə, 28 nəfər ictimai işlər cəzasından azad edilən məhkumlardır”.

A. Ziyadov qeyd edib ki, bundan başqa, azadlığın məhdudlşadırılması cəzasına məhkum edilmiş şəxslərdən 134 nəfər cəzadan azad olunaraq, onlara tətbiq edilmiş elektron qolbaqlar dərhal çıxarılıb, 15 nəfər məhkumun isə cəza müddəti  1 il azaldılıb.

Qeyd edək ki, 5 noyabr tarixində qüvvəyə minmiş amnitsiya aktının icrası dörd ay müddətində təmin edilməlidir.


03.12.2021 13:37:00
Oxuma sayı: 171