Ceyhun Bayramov erməni həmkarı ilə görüşəcək
Ölçü:

Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov və erməni həmkarı Ararat Mirzoyanın görüşü bu gün baş tuta bilər.

Koordinat.az
xəbər verir ki, bu barədə Ermənistan XİN-in mətbuat katibi Vaan Unanyan deyib.

Qeyd edək ki, Avropa İttifaqının xarici siyasət qurumunun nümayəndəsi Lük Pyer Devin Bayramov-Mirzoyan görüşünün 2 dekabrda olacağı haqda məlumat yaymışdı. Lakin ötən gün görüş baş tutmadı.

Görüşün baş tutmamasının səbəbləri hələ açıqlanmayıb.

 

03.12.2021 13:15:00
Oxuma sayı: 128