Ordumuzun giziri qayadan yıxılaraq həlak oldu
Ölçü:


Azərbaycan Ordusunun hərbi qulluqçusu gizir Hüseynov Şahin Şəmisəddin oğlu məzuniyyətdə olarkən bədbəxt hadisə nəticəsində (qayadan yıxılaraq) həlak olub.

Bu barədə Koordinat.az-a Müdafiə Nazirliyindən məlumat verilib. Hadisə ilə bağlı araşdırma aparılır.

Müdafiə Nazirliyinin rəhbərliyi hərbi qulluqçunun ailəsinə və yaxınlarına dərin hüznlə başsağlığı verib.

Allah rəhmət eləsin!

03.12.2021 10:42:00
Oxuma sayı: 267