İlin sonunadək sərhədlərin demarkasiyası mexanizmləri yaradılacaq
Ölçü:


İlin sonuna kimi Ermənistanla Azərbaycan arasında sərhədin demarkasiyası və delimitasiyası mexanizmləri yaradılacaq.

Koordinat.az
xəbər verir ki, bu barədə Rusiya Prezidenti Vladimir Putin bildirib. O, qeyd edib ki, sərhədlərin demarkasiya və delimitasiyası ilə bağlı heç bir maneə yoxdur.

Rusiya lideri Soçidə Azərbaycan və Ermənistan liderləri ilə keçirilmiş görüşü məhsuldar adlandırıb: "Biz çox konstruktiv işlədik, vəziyyəti dərindən təhlil etdik".

V.Putin deyib ki, gələn həftə baş nazirin müavinləri səviyyəsində görüş keçiriləcək.

Rusiya prezidenti azərbaycanlı və erməni həmkarına zeytun budağı hədiyyə edib və deyib ki, zeytun budağı sülhün və rifahın rəmzidir.
26.11.2021 20:34:00
Oxuma sayı: 176