Qarabağda bir erməninin də cəsəd qalıqları tapıldı
Ölçü:


Noyabrın 26-da Füzuli rayonu ərazisində aparılan axtarış zamanı daha bir erməni hərbçinin cəsəd qalıqları tapılıb.

Koordinat.az
xəbər verir ki, bu barədə Ermənistan mətbuatına Qarabağdakı separatçılar bildiriblər. Cəsədin şəxsiyyəti məhkəmə-tibbi ekspertizasının nəticələrinə əsasən müəyyən ediləcək.

Ötən ilin noyabrından bəri Azərbaycan Silahlı Qüvvələrinin nəzarəti altında olan ərazilərdə həyata keçirilən axtarış tədbirləri ərzində ümumilikdə 1702 erməninin (hərbi və mülki şəxslər) meyiti və qalıqları aşkar edilərək Ermənistan tərəfinə təhvil verilib.

26.11.2021 17:13:00
Oxuma sayı: 192