Nağd ödənişə limit qoyulur
Ölçü:


Noyabrın 22-də Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin onlayn iclasında “Nağdsız hesablaşmalar haqqında” Qanuna dəyişikliklər müzakirə edilib.

Koordinat.az xəbər verir ki, təklif edilən dəyişikliyə əsasən, pərakəndə ticarətdə nağd hesablaşmalar üçün nəzərdə tutulan limit 4 min manat müəyyən edilir. Müzakirələr zamanı qeyd olunub ki, tibbi xidmətlərin dəyəri 500 manatı keçərsə, mebel və məişət texnikalarının dəyəri 10 min manatdan artıq olarsa, bu məbləğlər nağdsız qaydada ödəniləcək.

Qeyd edək ki, gözlənilən dəyişikliklərdən biri də avtomobil satınalmalarının qiymətindən aslı olmayaraq nağdsız formada aparılması ilə bağlıdır.

Dövriyyəsindən aslı olmayaraq bütün ƏDV ödəyiciləri və 8 faiz dərəcə ilə sadələşdirilmiş vergi ödəyənlər təqvim ayı ərzində 30 000 manata qədər nağd ödənişlər həyata keçirə bilərlər. Ardıcıl 12 aylıq dövriyyəsi 200 min manatdan aşağı olan sadələşdirilmiş vergi ödəyiciləri, mənfəət və ya gəlir vergisi ödəyiciləri üçün aylıq 15 000 manat nağd ödəniş limiti müəyyənləşdirilib.

Müvafiq qanun Milli Məclisdə qəbul olunarsa, 1 yanvar 2022-ci ildən qüvvəyə minəcək.
26.11.2021 09:33:00
Oxuma sayı: 144