Vaksin kütləvi yoluxmanın qarşısını niyə ala bilmir?
Ölçü:


Dünyanın əksər ölkələrində, xüsusən Avropada koronavirus infeksiyasının yeni dalğası başlayıb.

Koordinat.az
xəbər verir ki, Böyük Britaniyada insanların 68%, Hollandiyada 72%, Almaniyada 67%, İsraildə 63%-i iki doza vaksin alıb. Bəzi yerlərdə insanlar "buster" adlanan 3-cü, hətta 4-cü dozanı belə vurudurublar. Buna baxmayaraq, yüksək səhiyyə siteminə malik olan bu ölkələrdə yoluxma həndəsi silsilə ilə artır. Avstriya, Hollandiya, Çexiya, eləcə də bir çox digər Avropa ölkələri yenidən sərt karantin tədbirlərinə əl atıb.

Sual yaranır: peyvəndin effektimi azdır, yoxsa konspiroloji nəzəriyyələrdə iddia olunan ssenarilər doğrudan da icra olunur? Həm vaksinasiya, həm də kütləvi immunitet yaranıbsa, kütləvi yoluxma və ölüm nə ilə bağlıdır?

Tibb elmləri doktoru, professor Musa Qəniyev bildirir ki, vaksinasiya olunan və xəstəliyi təbii yolla keçirən insanların ümumi say nisbəti COVİD-19-a qarşı kütləvi immun müqavimətin yarandığını mütləq şəkildə təsdiq edir. "Bu səbəbdən, vaksinasiyaya qarşı əks mövqedə duranlar hədələnir, hətta şiddətə məruz qalırlar. Məsələn, tədris müəssisələrində vaksinasiya punktlarının açılmasının qəti əleyhdarı olan İsrailin təhsil naziri, xanım İfat-Şaşe-Bitona qarşı terror aktı törədiləcəyilə bağlı təhdidləri nəzərə alaraq, ona 30 avqust tarixindən şəxsi mühafizə təyin edilib və s. Hazırda vaksinasiyanın tərəfdarları və əleyhdarları arasında ciddi fikir ayrılığı, hətta qarşıdurmalar var. İlk növbədə, Qərbin təhdidlərinə cəsarətlə müqavimət göstərib, təkrari olaraq, heç bir məhdudiyyətə getməyən ölkəmizin başçısına minnətdarlığımı bildirirəm", - professor qeyd edib.

Musa Qəniyev COVİD-19-la bağlı elmə məlum olan xüsusiyyətləri qeyd edərək, onun hazırda davam edən kütləvi yolxuma tendensiyaları ilə ziddiyət təşkil etdiyini vurğulayıb:

1. COVİD-19 məlum viral infeksiyalar içərisində ağır və arzuolunmaz proqnozu olanlardan biridir. Lakin o, insanlıq üçün ümidsizlik və həyatın sonu demək deyil.

2. Xronofarmakoloji qanunauyğunluğa görə, virus infeksiyasının aktiv yoluxdurma və “pik letallıq” dövrü, ardıcıl növbələşən dörd fəsildən artıq ola bilməz. Bu müddətdə makro və mikroorqanizmlərdə simbiozluğa xidmət edən bazal dəyişikliklər baş verir. Odur ki, növbəti illərdə, məlum infeksiya yalnız lokal şəkildə və sporadik halda müşahidə oluna bilər.

Orqanizmdə ciddi keyfiyyət dəyişiklikləri payız və yaz fəslində baş verdiyindən, bu dövrdə viral infeksiyaların kəskin artımı müşahidə olunmalıdır. Bu qanunauyğunluqdur.

3. Uzunmüddətli ünsiyyət və mütəmadi kontakt olmayan hallarda, makro və mikroorqanizmlər arasında “yadlaşma” və birgə yaşayışa “əks müqavimət” halı yaranır. Bu səbəbdən, pandemiyadan əvvəlki illərlə müqayisədə, hazırda virus infeksiyalarına, o cümlədən COVİD-19-a yoluxmada müşahidə olunan dinamik artım qorxulu vəziyyət kimi dəyərləndirilməməlidir. Növbəti aylarda bu hal aradan qalxacaq və yoluxmalarda əvvəlki illərdə olan nisbi tarazlıq bərpa olunacaq.

4. COVİD19-a yoluxaraq sağalmış insanlarda əmələ gələn təbii immunitet, antitellərin identik quruluşuna görə, peyvənddən sonra formalaşan immunitetdən əsaslı fərqlənmir, lakin daha dözümlü, daha spesifik, daha fəal olur və orqanizmdə daha uzun müddətə saxlanılır.

5. Peyvənd orqanizmdə məlum infeksiyanın “şərti xəstələnmə modeli”ni yaradır. Odur ki, orqanizm, virusun subhüceyrəvi vahidini, təhlükə kimi qəbul edir və ona qarşı anticisim, yəni onu məhv edən bioloji fəal hissəciklər hazırlayır. Buna immunitet deyilir.

6. Əmələ gələn qoruyucu anticisimlər xəstəliyi törədən virusu məhv edir. Burada həlledici şərt ruhi stabillik, yəni xəstəlikdən qorxmamaq, pozitivə yüklənmək və həyat eşqinin yüksək olmasıdır. Bu psixi durum, anticisimlərin biosintezi və antiviral fəallığını yüksəldir.

7. Anticisimlər virusları tam məhv etdikdən və ya neytrallaşdırdıqdan sonra parçalanaraq orqanizmdən xaric olur. Odur ki, COVİD-19- dan sağalmış və ya peyvənd olunmuşlarda onların kəmiyyət tərkibi tədricən azalır və 6-8-ci ayda minimal kritik həddə enir. Antitellərin azalması, hətta sıfırlanması belə, insanları qorxutmamalıdır. Çünki orqanizmin xüsusi immun hüceyrələri olan limfositlər, ilkin qarşılaşdığı COVİD-19-un sürət əksi, gen yaddaşına həkk olan spesifik antitellər (B yaddaş hüceyrələri) sintez edir. Bu hüceyrələr “yaddaş kartını” demək olar ki, ömürlük, yəni insan dünyasını dəyişənədək saxlayır. Odur ki, COVİD-19 əleyhinə antitellərin titrinin azalması, vaksinasiyaya göstərişin olmasını və ya virusa təkrar yoluxmanın ağır keçəcəyini söyləməyə əsas vermir. İnsanların 20%-də qoruyucu antitellər əmələ gəlməyə və ya minimal həddə ola bilər. Bu halda da virusun sürət əksi analoji mexanizmlə hüceyrə yaddaşına yazılır. Odur ki, xəstəlikdən və ya peyvənddən sonra, antitellərin kəmiyyətcə azlığı, ciddi narahatlığa səbəb olmamalıdır.

8. COVİD-19 zamanı immun fəallığın kəskin yüksəlişinin arzuolunmaz hal olduğu, eləcə də immun sistemin müəyyən fasilələrlə təkrar stimulyasiyasının tükənmə-immun süstləşməni tətikləməsini nəzərə alaraq, aşağıdakıları da xatırlatmağı lazım bilirəm. Bunlar mənim tövsiyə xarakterli şəxsi fikrimdir:

a) COVİD-19-un istənilən klinik formasını keçirmiş insanın (d punkt xaric) peyvənd olunmasına ehtiyac yoxdur;

b) COVİD 19-a yoluxaraq sağalmış insan, sonradan bu infeksiyaya dəfələrlə yoluxsa belə, ciddi yanaşı xəstəliyi olmasa, letal sonluq (ölüm ehtimalı) sıfır faizdir;

c) COVİD-19 əleyhinə hətta bir doza vaksin alan şəxslərdə, 21-ci günün tamamında qoruyucu antitellərin hiperaktivliyi müşahidə edildiyi və virusun sürət əksi hüceyrə yaddaşına yazıldığından, 2-ci, 3-cü və sair təkrar dozaların vurulması mütləq göstəriş sayılmamalıdır.

d) Revaksinasiya, peyvənd olunmuş şəxsin, uzun müddət sonra bu infeksiyanın aktiv fazada olduğu bir məmləkətə getməsinə zərurət yarandığı hallarda tövsiyə olunmalıdır.

"AzPolitika.info"

25.11.2021 16:10:00
Oxuma sayı: 1487