Bakının bu rayonlarında içməli su olmayacaq
Ölçü:



Bakının Yasamal və Nəsimi rayonlarının bir hissəsinə içməli suyun verilməsində fasilələr yaranacaq.

Bu barədə Koordinat.az-a "Azərsu" Açıq Səhmdar Cəmiyyətinin mətbuat xidmətinin rəhbəri Anar Cəbrayıllı deyib.

A.Cəbrayıllının sözlərinə görə, fasilə Yasamal rayonu ərazisində magistral kəmərdən yeni çəkilmiş xətlərə birləşmələrin verilməsi ilə əlaqədardır: "Bu məqsədlə fevralın 22-si saat 23:00-dan 23 fevral saat 12:00-a kimi Yasamal və Nəsimi rayonlarının bir hissəsinə içməli suyun verilməsində fasilələr yaranacaq".
22.02.2018 18:40:00
Oxuma sayı: 568