Daha 2102 nəfər koronavirusa yoluxdu
Ölçü:

Azərbaycanda son sutkada koronavirus (COVID-19) infeksiyasına 2102 nəfər yoluxub, 863 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Koordinat.az-a verilən məlumata görə, analiz nümunələri müsbət çıxan 15 nəfər vəfat edib. İndiyədək ölkədə ümumilikdə 505 554 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 479 675 nəfər müalicə olunaraq sağalıb, 6 793 nəfər vəfat edib, aktiv xəstə sayı 19086 nəfərdir.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 12 189, ötən müddət ərzində isə ümumilikdə 5 044 744 test aparılıb.
19.10.2021 17:10:00
Oxuma sayı: 1021