Ağdağ zirvəsi Azərbaycana qaytarıldı - Ermənistan təsdiqlədi
Ölçü:

Azərbaycanın Zəngilan rayonu ilə Ermənistanın Qafan şəhərinin sərhəddində yerləşən Ağdağ (erm.Pelasar) zirvəsi Azərbaycana qaytarılıb.

Koordinat.az
xəbər verir ki, bu barədə Qafan rayonu icmasının rəhbəri Qevorq Parsyan bildirib: “Bizim Pelasar (Ağdağ) dediyimiz dağ bütünlüklə Azərbaycanın nəzarətinə keçib. 2 gün əvvəl dağın bir tərəfi bizim, digər tərəfi azərbaycanlıların nəzarətində idi. Dünəndən zirvə bütünlüklə azərbaycanlılardadır”.

Parsyan dağın sərhədlərinin elektron xəritələrlə müəyyənləşdirildiyini əlavə edib. Azərbaycan ərazisinə düşən Ağdağ zirvəsinin Qafanla yanaşı, Əkərək şəhərinə, ətraf kəndlərə də vizual nəzarət imkanı verdiyi əlavə olunub.

Xatırladaq ki, Ağdağ zirvəsi Azərbaycanın Zəngilan rayonu ərazisində yerləşir.

18.10.2021 15:48:00
Oxuma sayı: 344