20 nömrəli məktəb-lisey koronavirusa görə bağlandı
Ölçü:


Paytaxtdakı 20 nömrəli məktəb-liseyin fəaliyyəti distant təhsil formasında davam etdiriləcək.

Bu barədə Koordinat.az-a Bakı Şəhəri Təhsil İdarəsindən məlumat verilib. Qeyd edilib ki, 20 nömrəli məktəb-liseyin 20 şagirdi və 15 müəlliminin COVID-19 infeksiyasına yoluxması təsdiq olunub.

Həmçinin COVID-19 testi pozitiv çıxan şagirdlərlə digər şagirdlərin təmasda olması qeydə alınıb.

Bu səbəbdən Gigiyena və Epidemiologiya Mərkəzinin rəyi əsasında 20 nömrəli məktəb-liseydə əyani tədris prosesi 14 gün müddətinə distant təhsillə əvəz olunub.

18.10.2021 13:15:00
Oxuma sayı: 149