Rusiyadan Azərbaycana gətirilən kartof zay çıxdı
Ölçü:

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) həyata keçirdiyi nəzarət tədbirləri zamanı "ZE-DENT" MMC tərəfindən Rusiya Federasiyasından ölkəmizə idxal edilən 66.9 ton toxumluq kartof məhsuluna Agentliyin müfəttişləri tərəfindən baxış keçirib.

AQTA-dan Koordinat.az-a verilən məlumata görə, baxış zamanı idxal olunan məhsuldan nümunələr götürülərək Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun müvafiq laboratoriyasında müayinələrə cəlb olunub.

Müayinələr nəticəsində nümunələrdə karantin tətbiq edilən orqanizm (“Clavibacter michiganensis subsp. sepedonicus” - kartof yumrularında halqavari çürümə) aşkar edilib. Agentlik tərəfindən istifadəyə yararsız toxumluq kartof məhsulu partiyasının məhv edilməsi barədə qərar qəbul edilib.

AQTA əhalinin sağlamlığının qorunması və təhlükəsiz qida məhsulları ilə təmin edilməsi istiqamətində ardıcıl tədbirlərini davam etdirir və istehlakçı hüquqlarının pozulmasına yönəlmiş qanunsuz halların qarşısının alınması istiqamətində müvafiq tədbirlər görüləcək.

15.10.2021 17:10:00
Oxuma sayı: 366