İmtahanların ödənişli olması abituriyentlərin sayına təsir edirmi? - Sorğu
Ölçü:


Azərbaycanda dövlət qulluğuna qəbul olmaq istəyən vətəndaşlara mərkəzləşdirilmiş qaydada təşkil olunmuş imtahan keçirilir.

Koordinat.az xatırladır ki, 2005-ci ildən başlanan bu layihə 2015-ci ilədək pulsuz təşkil olunurdusa, ötən ildən bu xidmət pullu oldu. Bu nüans bir çox məsələlər də fərqliliklərin ortaya çıxmasına səbəb olduğu kimi bu məsələdə də gözlənilməz bir nəticə ortaya çıxarıb. Belə ki, fevralın 18-də keçirilən imtahanda Dövlət İmtahan Mərkəzinin direktorlar şurasının sədri Məleykə Abbaszadə, imtahan üçün müraciətlərin azlığı təəccüb doğurdu mesajını verib.

İmtahanlarda iştirak edənlərin sayının azalması tendensiyası ali və orta ixtisas məktəblərinə tələbə qəbulunda da özünü göstərir. Bu, ötənilki imtahanlarda da qabarıq şəkildə göründü. Bu il isə DİM-in magistraturaya hazırlaşanlar üçün keçirdiyi sınaq imtahanlarında iştirak edənlərin sayı əvvəlki illərlə müqayisədə iki dəfə də aşağı olub.

Bəs, imtahanların ödənişli olması abituriyentlərin sayına necə təsir edir?

Koordinat.az
bu sualla oxucular arasında internet vasitəsilə sorğu keçirir. Sorğuda iştirak etmək üçün Koordinat.az səhifəsinin aşağı sağ güncündəki "SORĞU" bölməsindəki istədiyiniz bəndi seçməlisiniz.

Sorğu martın 1-dən davam edəcək və nəticələr bardə oxuculara məlumat veriləcək.
21.02.2018 13:54:42
Oxuma sayı: 943