Cavid Qurbanov Avstriyada həmkarı ilə görüşdü - FOTO
Ölçü:


Avstriyanın Vyana şəhərində“Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Cavid Qurbanovla "Avstriya Dəmir Yolları"  Səhmdar Cəmiyyətinin baş direktoru Andreas Mathe arasında görüş kecirilib.

Koordinat.az xəbər verir ki, görüşdə Bakı-Tbilisi -Qars dəmir yolu marşrutu ilə yüklərin Cindən Avropya və əks istiqamətə daşınma imkanları müzakirə olunub.  “Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Cavid Qurbanov çıxış edərək Beynəlxalq Transxəzər Nəqliyyat Marşrutu, “Şimal-Cənub”, Cənub-Qərb nəqliyyat dəhlizləri və xüsusilə də keçən ilin oktyabrında  açılışıolan Bakı-Tbilisi-Qars dəmir yolu bağlantısı barədə də ətraflı məlumat verib. Bildirib ki, bu dəmir yolu Asiyanı Avropa ilə birləşdirəcək.Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev bu dəmir yolunun açılış mərasımındə  bildirib ki, bu dəmir yolu üç ölkəni və qitələri birləşdirir. Bu layihəyə qoşulmaq marağı, ilk növbədə, Türkmənistan, Qazaxıstan, Əfqanıstan, Pakistan, Çin və Hindistandan gəlib. Orta Asiya ölkələri bu layihəyə böyük maraq göstərir. Bakı-Tbilisi-Qars yeni dəmir yolu xətti Trans-Avropa və Trans-Asiya dəmir yolu şəbəkələrinin birləşdirilməsinə, yük və sərnişinlərin birbaşa Azərbaycan, Gürcüstan və Türkiyə ərazilərindən keçməklə, Avropa  və Asiyaya çıxarılmasına, region ölkələrinin tranzit potensialının artmasına xidmət edir.

Qurbanovla  "Avstriya Dəmir Yolları"  Səhmdar Cəmiyyətininbaş direktoru  Andreas Mathe çıxış edərək Azərbaycanın nəqliyyat-logistik imkanlarının genişlənməsini, 2017-ci il oktyabrın 30-da Bakı-Tbilisi-Qars dəmir yolunun istifadəyə verilməsini və digər beynəlxalq nəqliyyat dəhlizlərininreallaşması istiqamətində Azərbaycanda görülən  işləri yüksək qiymətləndirib.

İkitərəfli əməkdaşlıq əlaqələrinin bundan sonra daha da genişləndirilməsi qərara alınıb.

 
20.02.2018 22:51:00
Oxuma sayı: 668