Türkiyə Krımdakı Duma seçkilərini tanımadı - Kreml etiraz etdi
Ölçü:

Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu Rusiya Dövlət Dumasına keçirilən  seçkilərindən danışarkən Krımdakı seçkilərin legitimliyini tanımadıqlarını bəyan edib.

Koordinat.az xəbər verir ki, Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov məsələyə münasibət bildirərkən Ankranın mövqeyindən narazılığını ifadə edib: “Kreml Ankaranın Krımda keçirilən seçkilərin qeyri-legitimliyi barədə açıqlamasını qəbul etmir və bunu türkiyəli həmkarlarına açıq şəkildə söyləyir”.

Peskov Ankaranın Krım məsələsi ilə bağlı mövqeyini qarşıdakı illərdə dəyişəcəyinə ümid etdiklərini əlavə edib.
21.09.2021 13:39:00
Oxuma sayı: 122