Fransanın Minsk Qrupu sevdası: Makron Ermənistan prezidentinə məktub göndərdi
Ölçü:


Fransa prezidenti Emmanuel Makron Ermənistanın dövlət müstəqilliyinin 30-cu ildönümü münasibətilə prezident Armen Sarkisyana təbrik məktubu göndərib.

Koordinat.az xəbər verir ki, Fransa lideri Qarabağ məsələsi ilə bağlı dialoqun bərpasına çağırış edib. O, ölkəsinin Azərbaycanla Ermənistan arasında vasitəçilik etməyə hazır olduğunu bəyan edib:

“Fransa regionda sülhün əsas aktoru olmaq və Dağlıq Qarabağdakı qanlı müharibədən sonra Ermənistana üzləşdiyi çətinlikləri dəf erməyə yardım göstərmək istəyir. Bu dəstək o cümlədən, regionun mədəni-tarixi irsinin saxlanılmasında özünü göstərəcək. Fransa Dağlıq Qarabağ konfliktinin uzunmüddətli həlli yollarının axtarışında da ATƏT-in Minsk qrupunun bayrağı altında səylərini əsirgəməyəcək, regionun çiçəklənməsi və inkişafı üçün Cənubi Qafqazda vəziyyətin stabilləşməsinə çalışacaq”- deyə Makron söyləyib.


21.09.2021 10:57:00
Oxuma sayı: 689