Şuşada qəzaya düşən hərbçi vəfat etdi
Ölçü:



Bir müddət əvvəl Şuşada hərbi maşının aşması nəticəsində yaralanan müddətdən artıq xidmət edən hərbi qulluqçu, Saatlının Qara Nuru kənd sakini Ülvi Xanəhməd oğlu İbrahimov vəfat edib.

Koordinat.az xəbər verir ki, bu barədə Oxu.az-a Qara Nuru kənd icra nümayəndəliyindən məlumat verilib.

Bildirilib ki, Ü. İbrahimov ötən gün müalicə aldığı xəstəxanada dünyasını dəyişib.

O, dünən axşam saat 22:00 radələrində Qara Nuru kənd qəbiristanlığında torpağa tapşırılıb.

17.09.2021 13:11:06
Oxuma sayı: 202