Rusiya Azərbaycana xəbərdarlıq edib? - Laçında və Xəzərdəki təlimlərə görə
Ölçü:

Rusiya Xarici İşlər Nazirliyi (XİN) Xəzər dənizində və Laçın rayonunda Azərbaycan-Türkiyə birgə hərbi təlimlərinin keçirilməsinə münasibət bildirib.

Koordinat.az-ın məlumatına görə, Rusiya XİN-in rəsmi nümayəndəsi Mariya Zaxarova bu gün keçirdiyi brifinqdə deyib ki, Moskvanın mövqeyi rəsmi Bakının diqqətinə çatdırılıb.

“Ölkəmizin mövqeyi azərbaycanlı tərəfdaşlar tərəfindən anlayışla qarşılanıb. Düzünü desək, ictimai şərhlərdən çəkinməyi mümkün hesab edirəm. Azərbaycanlı tərəfdaşlarımızla təmasdayıq”, - deyə Rusiya XİN rəsmisi qeyd edib.

Rusiya tərəfinin məsələyə münasibəti ilə bağlı detallı informasiya verilməyib.
16.09.2021 18:11:00
Oxuma sayı: 779