Bakıda 20 məktəb direktorunun əmək müqaviləsi ləğv edilib
Ölçü:


2020/2021-ci tədris ili ərzində 20 direktorla bağlanmış əmək müqaviləsi müxtəlif əsaslarla ləğv edilib.

Koordinat.az
xəbər verir ki, bunu Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri Mehriban Vəliyeva bildirib. O, qeyd edib ki, 14 direktorun əmək müqaviləsinə isə təqaüd yaş həddinə çatmaları ilə əlaqədar xitam verilib: "25 direktor fəxri fərmanla təltif edilib. 118 direktorla bağlanan müqavilənin müddəti uzadılıb. Təqaüd yaşı çatan 36 direktorun əmək müqaviləsinin müddəti artırılıb. 1 məktəbin (304 nömrəli) fəaliyyəti dayandırılıb, 2 məktəbin (152, 172) fəaliyyəti bərpa edilib. 2020-2021-ci tədris ili müddətində 21, tədris ili bitdikdən sonra 15 direktorin iş yeri dəyişdirilib".

16.09.2021 16:39:00
Oxuma sayı: 187