Müharibədən zərər çəkmiş 45 məktəbdən 36-sı təmir olunub
Ölçü:

44 günlük müharibə dövründə zərər dəymiş 45 məktəbdən 36-da təmir və tikinti işləri yekunlaşıb.

Koordinat.az
-ın məlumatına görə, bunu "Media və təhsil dialoqu" mövzusunda keçirilən təlimdə Təhsil Nazirliyinin Ümumi təhsilin təşkili və idarə olunması şöbəsinin məsləhətçisi Elçin Kərimov deyib. O bildirib ki, ölkədə digər məktəblərin də bərpası istiqamətində işlər davam etdirilir: "Sentyabrın 15-dək 37 məktəbin açılışı olub. Bu məktəblərdən 15-i modul tiplidir. İlin sonuna qədər isə daha 32 məktəbin açılması planlaşdırılır. Onlardan da 16-sı modul tipli məktəbdir".

16.09.2021 14:51:00
Oxuma sayı: 187