Prezident daha bir mühüm vəzifəni Ramiz Mehdiyevə tapşırdı – Sərəncam
Ölçü:


Prezident İlham Əliyev bu gün "Azərbaycan Respublikasının Dövlət Qulluğunu İdarəetmə Şurasının üzvlərinin təyin edilməsi haqqında" sərəncam imzalayıb.

Koordinat.az
xəbər verir ki, sərəncama əsasən,  aşağıdakı şəxslər Azərbaycan Respublikasının Dövlət Qulluğunu İdarəetmə Şurasının üzvləri təyin ediliblər:

Ramiz Mehdiyev
– Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının rəhbəri

Zeynal Nağdəliyev – Azərbaycan Respublikası Prezidentinin Ərazi-təşkilat məsələləri üzrə köməkçisi – şöbə müdiri

Süleyman İsmayılov – Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsinin müdiri

Şahin Əliyev – Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Qanunvericilik və hüquq ekspertizası məsələləri şöbəsinin müdiri

Tələt Məcidov – Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Dövlət qulluğu və kadr məsələləri şöbəsinin müdiri

Urxan Ələkbərov
– Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının rektoru. 
20.02.2018 17:36:00
Oxuma sayı: 640