Azərbaycan hərbçiləri Qafan-Gorus yolunu bağlayıb
Ölçü:


Ötən gün Qubadlı istiqamətində Dövlət Sərhəd Xidmətinin (DSX) əsgərinin erməni hərbçiləri tərəfindən hücuma məruz qalmasından sonra Qafan-Gorus avtomagistralının Azərbaycan ərazisindən keçən hissəsi qapadılıb.

Koordinat.az
xəbər verir ki, bu barədə Ermənistan Milli Təhlükəsizlik Xidməti məlumat yayıb. Bildirilib ki, yol dünən axşam saat 23:00-da bağlanıb, yolda qalan nəqliyyat vasitələri ərazidən evakuasiya olunub.

Ermənistanın ombudsmanı Arman Tatoyan ərazidə qalan mülki nəqliyyat vasitələrinin çıxarılmasına Azərbaycanın icazə verdiyini, amma yolun bağlı saxlanıldığını bildirib. O, hazırda Rusiya sərhədçilərinin Azərbaycanla danışıqlar apardığını söyləyib.

Baş nazir Nikol Paşinyan isə bildirib ki, ərazidə təhlükəsizlik Rusiya sərhədçiləri tərəfindən təmin edilməlidir.

Qeyd edək ki, dünən DSX-nin hərbi qulluqçusu Qubadlı rayonu ərazisində iki erməni hərbçi tərəfindən bıçaqlı hücuma məruz qalıb. Nəticədə əsgərimiz xəsarətlər alıb.
 
26.08.2021 12:49:00
Oxuma sayı: 2757