Prezidentliyə namizədlərin sayı 13-ə çatdı - RƏSMİ
Ölçü:


Mərkəzi Seçki Komissiyası (MSK) bu gün keçirilən iclasında daha bir nəfərin Azərbaycanda aprelin 11-nə təyin edilmiş prezident seçkilərində namizədliyinin irəli sürülməsi təsdiq edilib.

Koordinat.az-ın məlumatına görə, iclasda prezidentliyə namizədliyi özü tərəfindən irəli sürülmüş Ramazan Bəkirovun namizədliyinin irəli sürülməsinin təsdiq edilməsi məsələsinə baxılıb. Qeyd olunub ki, R.Bəkirovun prezidentliyə namizədliyinin irəli sürülməsinin təsdiq edilməsi üçün hüquqi əsaslar mövcuddur.

Məsələ səsə qoyulub və təsdiq edilib.

Bununla da Azərbaycanda prezidentliyə namizədliyinin irəli sürülməsi təsdiq olunanların sayı 13 nəfərə çatıb.
19.02.2018 16:53:53
Oxuma sayı: 586