Ekspert Azərbaycandakı internet problemindən yazdı: "Nə baş verir?"
Ölçü:


"Mobil inetrnetin keyfiyyəti həqiqətən hədsiz dərəcədə pişləşib. Təsəvvür eləməzdim ki "Azercell" kimi şirkətin interneti bu dərəcədə bərbad gündə ola bilər".

Koordinat.az
xəbər verir ki, bunu Azərbaycan İnternet Forumunun rəhbəri Osman Gündüz özünün "Facebook" səhifəsindəki statusunda yazıb. O qeyd edib ki, şəbəkənin əlçatımğılı, internein sürəti ilə bağlı ciddi problemlər var: "Nə baş verir görəsən? Nəinki 4G, heç 3G , 2G əldə etmək mümkünsüzdür. Əslində 4.5 milyon müştərisi olan bir şirkət öz müştərilərinə xidmət göstərmək üçün Delta Telekomun ölkə daxilində satdığı 200 Gb/s sürətdən gülünc bir trafik, cəmi 12 Gb/s internet sürəti alırsa başqa bir şey də gözləmək doğru olmazdı".

Osman Gündüz "Azərcell" şirkətinin bu rəqəmi necə izah etdiyini də anlamadığını deyib: "Tənzimləyici quruma, istehlakçı huquqlarını qoruyan dövlət qurumuna, xarici partnoyrlara bunun izahını necə verir ? Hara baxır tənzimləyici qurumun müvafiq şöbələri ? Monitorinqlər aparmırmı görən bu qurumlar ? Adicə bir regionun mərkəzində, lap elə şəhərdə, nazirliklərin ətrafında, avtomobil magistralı boyunca, dəmiryol xətti boyunca sadə bir monitorinq aparmaqla mobil operatorların hansı səviyyədə olduğunu görmək olar".

Baş verənlərə görə çox təəssüfləndiyini qeyd edən ekspert güman edir ki, "TeliaSonera" da elə bu tip yanaşmalardan baş götürərək Azərbaycandan gedib: "Gündə bir əhəmiyyətsiz layihə ortaya çıxarmaqdansa, əhəmiyyətsiz layihələrə pul xərcləməkdənsə şəbəkənin, xdimətin keyfiyyətinin qaldırılmasına diqqət etmək daha faydalı olardı. Əgər faktiki tənzimləyici qurum olan Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi özü "TeliaSonera"nın "Azercell"dəki payını alırsa indi gör situasiya necə dəyişəcək? Doğurdanmı, ümid yalnız Strateji Yol Xəritəsində nəzərdə tutulan müstəqil təınzimləyici qurumun, Milli Telekommunikasiya Şurasının yaradılmasına.qalıb?"
19.02.2018 16:44:17
Oxuma sayı: 3279