İran Azərbaycanla Ermənistan arasında vasitəçilik etmək istəyir
Ölçü:


İran Azərbaycan və Ermənistan arasında davamlı sülhün təmini üçün vasitəçi olmağa hazır olduğunu bildirib.

Koordinat.az
xəbər verir ki, bunu İranın Xarici İşlər Nazirliyinin sözçüsü Səid Xətibzadə deyib. O, beynəlxalq sərhədlərə bütün tərəflərin hörmətlə yanaşmasının zəruriliyini vurğulayıb və qeyd edib ki, İran Qafqaz bölgəsində tez bir zamanda davamlı sülhün təmini üçün hər növ yardım etməyə hazırdır.

S.Xətibzadə Ermənistan-Azərbaycan sərhədində son günlər baş verən gərginlik və hər iki ölkədən bir neçə nəfərin ölümü və yaralanmasına görə təəssüfləndiyini bildirib. O, hər iki ölkəni təmkinli olmağa və sərhəd ixtilaflarını dinc yolla həll etməyə çağırıb.
29.07.2021 17:30:00
Oxuma sayı: 2025