KTMT Azərbaycan-Ermənistan sərhədindəki toqquşmalardan narahatdır
Ölçü:

Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının Baş katibi Stanislav Zas Kəlbəcər rayonu istiqamətində qeydə alınan sərhəd gərginliyinə münasibət bildirib.

Koordinat.az
Rusiya mətbuatına istinadən xəbər verir ki, Zas KTMT-nın Azərbaycan-Ermənistan sərhədində baş verən toqquşmalardan narahat olduğunu dilə gətirib: “Regionda gərginliyin daha da artması narahatlıq doğurur. Güc tətbiqinin qəbuledilməz olduğunu hesab edirik”.

KTMT Baş katibi Rusiyanın məsələdə vasitəçilik rolunu müsbət qiymətləndirib.
29.07.2021 16:43:00
Oxuma sayı: 705