Zəngəzurda mərmi daşıyan “Ural” aşdı
Ölçü:


İyulun 23-ü günorta saatlarında Qərbi Zəngəzur ərazisində Ermənistan silahlı qüvvələrinə məxsus avtomobil texnikası qəzaya uğrayıb.

Koordinat.az
xəbər verir ki, bu barədə sosial şəbəkələrin erməni seqmentində məlumat paylaşılıb. Bildirilib ki, sürücünün idarəetməni itirməsi nəticəsində mərmi ilə dolu “Ural” yük maşını dərəyə aşıb. Qəza nəticəsində avtomobilin sürücüsü və yanındakı digər hərbi qulluqçunun ağır bədən xəsarətləri aldığı məlum olub.

Qəza nəticəsində partlayışın olması da istisna deyil. Hadisə ilə bağlı cinayət işi açılıb, lakin ictimaiyyətdən gizli saxlanılır.

24.07.2021 11:41:00
Oxuma sayı: 126